Saytımızı qiymətləndirin


 
 

AİB Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb
Tarix: 26-04-2022 | Saat: 19:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

AİB Azərbaycanla əməkdaşlığın prioritetlərini açıqlayıb

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla əməkdaşlığın gələcək istiqamətlərini açıqlayıb.

AİB-dən bildirilib ki, bankın Azərbaycan üzrə orta müddətli proqramı daha çox təhsil, kənd təsərrüfatı, dövlət sektorunun idarə edilməsi, nəqliyyat və enerji sektorları ilə bağlıdır.

AİB nəqliyyat əlaqələrini gücləndirməklə hökumətə regional əməkdaşlığı intensivləşdirməyə, ötürmə və paylama üçün əsas infrastrukturun yaradılması və innovativ həllərin qəbulu ilə enerji islahatlarına kömək etməyi planlaşdırır. Bildirilir ki, AİB-in dəstəyi regional suvarma şəbəkəsinin yenidən qurulması ilə kənd təsərrüfatını inkişaf etdirəcək və ərzaq təhlükəsizliyini təmin edəcək.

Bundan əlavə, ölkədə insan kapitalının gücləndirilməsi üçün texniki peşə təhsilinin inkişafı, peşə məktəblərinin təkmilləşdirilməsi, bu sahədə islahatların təşviqi prioritet olacaq.

AİB-in özəl sektorla bağlı layihələrdə də iştirak edəcək. Təşkilat xüsusilə də ticarət, maliyyə, kiçik və orta sahibkarlığın genişləndirilməsi və infrastrukturun inkişafı ilə bağlı layihələrə dəstək olacaq.

AİB-in açıqlamasına görə, təşkilat hazırda yerli valyutada istiqrazların buraxılması üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir.



Xəbəri paylaş

1249 dəfə oxunub.

Digər xəbərlər