“Nüvə savaşı başlasa, Çin və Hindistan kimin tərəfində olacaq?”-Tofiq Zülfüqarov…
Tarix: 26-04-2022 | Saat: 13:18
Bölmə:Karusel / Siyasət | çapa göndər
1323 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-04-2022 | Saat: 13:18
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Mən bu savaşın nüvə müharibəsi səviyyəsinə gəlib çatmayacağına ümid edirəm…”
Xəbər verildiyi kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən “Birinci Kanal”ın efirində “nüvə müharibəsi təhlükəsinin ciddi və real” olduğunu bildirib. Düzdür, bunu Ukrayna və Qərbə davamlı siyasi təhdid kimi də qəbul etmək olar. Amma hər halda hazırkı Kreml rəhbərliyindən hər cür addım gözləmək mümkündür…
Bəs görəsən, Allah eləməmiş, Putin nüvə düyməsinə basarsa, mövcud nüvə dövlətləri hansı cəbhələrə bölünəcək? Rusiyanın tərəfində kimlər olacaq? Deyək ki, on illərdir ki, ABŞ-a meydan oxuyan Şimali Koreya Rusiya tərəfində oldu, bəs Çin və Hindistan hansı mövqeyi tutacaq?..
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı moderator.az-a açıqlamasında ölkəmizin sabiq baş diplomatı Tofiq Zülfüqarov bunları söyləyib:
“Mən ümumiyyətlə, inanmıram ki, Rusiya tərəfində kimlərsə olacaq. Çinin və Hindistanın da belə bir mövqe tutacağını güman etmirəm. Şimali Koreya rəhbərliyinin siyasi davranışını isə ciddi qəbul etmək, proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı qarşıdurma fonunda digər bir məsələ ortaya çıxır. Bəllidir ki, bir çox ölkələr narahatdırlar ki, Rusiya-Qərb qarşıdurması Avropa qitəsində - Ukrayna ərazisində baş verir. Və bunun da çox ciddi humanitar fəsadları var və həmin fəsadların daha da kəskinləşəcəyi gözlənilir. Hesab edirəm ki, hazırda dünyadakı əsas real narahatçılıq bundan ibarətdir. Amma təəssüf ki, sözügedən qarşıdurmanın davam etməsini istəyən qüvvələr də var. Bununla belə, mən bu savaşın nüvə müharibəsi səviyyəsinə gəlib çatmayacağına ümid edirəm...”
Xəbəri paylaş
Digər xəbərlər
9-02-2026, 08:23
Vensin Azərbaycana səfər tarixi açıqlanıb
2-06-2022, 22:49
İsveç Ukraynaya 102 milyonluq hərbi yardım AYIRDI
8-05-2025, 11:25
DYP sürücülərə müraciət edib
12-05-2022, 20:36
Türkiyə ərazisi Suriyadan atəşə tutulub
21-03-2022, 19:16
Ukraynada şəhər meri əsir götürüldü
31-07-2020, 11:20
Azərbaycan və Türkmənistan prezidentləri arasında telefon danışığı olub
19-02-2021, 11:17
TBMM sədri: “Qarsdan çəkiləcək dəmir yolu xətti Naxçıvanın strateji əhəmiyyətini artıracaq”
28-02-2026, 13:46
KİV: İran Prezidenti Məsud Pezeşkian xəsarət almayıb
17-01-2022, 15:25
Dmitri Peskov: "ABŞ-dan yazılı cavab gözləyirik"
20-08-2024, 08:01
Leyla Əliyeva şəhid Samirin ailəsinin evində - Fotolar


















