Saytımızı qiymətləndirin


 
 

“Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edilib
Tarix: 25-02-2022 | Saat: 20:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Şuşa qalası — Vikipediya

Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq edib.

APA-nın xəbərinə görə, Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçı orqanlar

1

2

3

4

Mədəni-kütləvi və idman tədbirləri

1.

“Xarıbülbül” beynəlxalq folklor festivalının keçirilməsi

2022-ci il may

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

2.

“Vaqif Poeziya Günləri”nin keçirilməsi

2022-ci il iyul

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi

3.

“Şuşanın 4 fəsli” (“4 seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya festivalının keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu

4.

“Şuşa-2022” beynəlxalq incəsənət festivalının keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu

5.

“Şuşa yaradıcılıq emalatxanası” layihəsinin həyata keçirilməsi

2022-ci il iyul

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

6.

“Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konsertinin Şuşa şəhərində keçirilməsi

2022-ci il iyul-avqust

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının

Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Şuşa

           

 

     

Şəhəri Dövlət Qoruğu İdarəsi

7.

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi

2022-ci il avqust

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Yazıçılar Birliyi

8.

Yerli və xarici incəsənət və ədəbiyyat xadimlərinin, KİV nümayəndələrinin, təhsil müəssisələri kollektivlərinin, blogerlərin, Azərbaycanda keçiriləcək müxtəlif beynəlxalq tədbirlərin iştirakçılarının Şuşa şəhərinə səfərlərinin təşkili, Şuşada yay məktəblərinin, gənclər və könüllülər düşərgələrinin keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Gənclər Fondu

9.

“Şuşada bir gün”. Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələrinin şagirdlərinin Şuşa şəhərinə səfərlərinin təşkili

2022-ci il ərzində

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

10.

Məktəblilər arasında “Könlüm keçir Qarabağdan” adlı respublika incəsənət festival-müsabiqəsinin yekun mərhələsinin Şuşa şəhərində keçirilməsi

2022-ci il iyun

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

11.

“Şuşa İli”nə həsr edilmiş və Şuşada keçirilməsi nəzərdə tutulan layihələr üzrə qrant müsabiqələrinin keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Gənclər Fondu, Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyi

Azərbaycan Təşkilatlarına

12.

“Şuşa İli”nə həsr turnirin keçirilməsi

olunmuş

çövkən

oyunu

üzrə

2022-ci il aprel-avqust

Azərbaycan Respublikasının Gənclər və İdman

Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi,

                 

 

     

Azərbaycan Atçılıq Federasiyası

13.

Şuşa beynəlxalq velosiped turnirinin keçirilməsi

2022-ci il may-oktyabr

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası

14.

“Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsinin keçirilməsi

2022-ci il avqust

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

15.

Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turnirinin keçirilməsi

2022-ci il oktyabr-noyabr

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Şahmat Federasiyası

16.

“İşıq festivalı. Şuşa” adlı audiovizual layihənin təşkili

2022-ci il oktyabr

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Elmi nəşrlərin, audiovizual və çap materiallarının hazırlanması

17.

Şuşaya həsr edilmiş ensiklopediyanın nəşrə hazırlanması və müxtəlif dillərə tərcümə edilməsi

2022-2023-cü

illər ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

18.

Yerli və xarici mütəxəssislərin iştirakı ilə Şuşaya həsr olunmuş elmi tədqiqat işlərinin aparılması, məqalə, elmi əsər, monoqrafiya, antologiyaların və s. nəşr olunması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Gənclər Fondu

19.

Azərbaycan Dövlət Film Fondunda saxlanılan Şuşa ilə bağlı film və çəkilişlərin bərpası, onların nümayiş etdirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

           

 

20.

Şuşaya həsr olunmuş audiovizual və çap materiallarının, promo məhsulların, suvenirlərin hazırlanması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Gənclər Fondu

21.

Yerli və xarici KİV-lərdə Şuşa şəhərinə və Şuşa İli çərçivəsində keçirilən tədbirlərə dair məlumatların yayılması, verilişlərin hazırlanması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AZƏRTAC, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

22.

“Şuşa saatı” TV/radio verilişinin hazırlanması və yayımlanması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

“Şuşa İli”nin beynəlxalq səviyyədə təbliği ilə əlaqədar tədbirlər

23.

Qoşulmama Hərəkatına üzv olan ölkə şəhərlərinin “Şuşa Assambleyası”nın keçirilməsi

2022-ci il iyul-noyabr

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

24.

“Dünya məşhurları Şuşada” adlı layihənin həyata keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

25.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili

2022-ci il iyul-dekabr

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

 

26.

Şuşa şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış şəhər statusu alması ilə bağlı müvafiq işlərin həyata keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

27.

Azərbaycanda və xarici ölkələrdə, o cümlədən beynəlxalq təşkilatların mənzil qərargahlarında “Şuşa İli”nə həsr olunmuş tədbirlərin, elmi konfrans, simpoziumların keçirilməsi və təbliğat xarakterli işlərin görülməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Azərbaycan Gənclər Fondu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

28.

UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirlərinin keçirilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

29.

“Şuşa 270 il” adlı sənədli filmin çəkilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi

Tarixi-mədəni abidələrin bərpası, ekologiya və turizm üzrə tədbirlər

30.

Şuşa şəhərinin investisiya potensialının tanıdılması məqsədilə yerli və xarici investorların iştirakı ilə tədbirlərin təşkili (Karabakh İnvestment Roadshow)

2022-ci il ərzində

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

31.

Şuşa ətrafında “Yaşıl Qurşaq” yaratmaq məqsədilə

ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin

2022-ci il ərzində

Azərbaycan Respublikasının Ekologiya və Təbii

Sərvətlər Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu

 

 

aparılması

 

İdarəsi

32.

“Şuşa 270”. Şuşa şəhəri və ətraf ərazilər üçün turizm məhsullarının yaradılması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

“Şuşa İli” ilə əlaqədar xatirə materiallarının və internet resurslarının hazırlanması

33.

Şuşanın 270 illiyi münasibətilə “Xatirə nişanı”nın təsis edilməsi

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

34.

“Şuşa 270 il” mövzusunda 3 (üç) markadan ibarət poçt markası blokunun və 3 (üç) növdə markalı poçt zərflərinin, eləcə də “Xurşidbanu Natəvan-190 il” mövzusunda poçt markasının dövriyyəyə buraxılması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

35.

“Azərbaycanın mədəniyyət paytaxtı-Şuşa” portalının yaradılması

2022-ci il ərzində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi

 

 

 

 



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər