Tarix: 25-04-2022 | Saat: 21:11
Bölmə:Karusel / Gündəm | çapa göndər
Fransanın “TotalEnergies” enerji şirkəti Rusiyadan xammal idxalını əvəzləmək üçün BƏƏ-dən Avropaya neft tədarük edəcək “Moscow Spirit” tankerini icarəyə götürüb. Çatdırılma mayın 1-3-nə nəzərdə tutulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
“TotalEnergies”in gəmiçilik bölməsi (CSSSA) Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Danna limanından Böyük Britaniyaya 1 milyon barel həcmində “Murban” nefti göndərmək üçün “SUezmax Moscow Spirit” tankerini icarəyə götürüb”, - agentlikdən bildiriblər.
Xatırladaq ki, BƏƏ-dən Avropa istiqamətində sonuncu dəfə neft ixracı 2020-ci ilin may ayında olub - yük Əbu-Dabidən İtaliyaya göndərilib.
Avropalı alıcılar Rusiya neftindən imtina etdiyindən yaxın aylarda Əbu-Dabidən “Murban”, “Das” və “Upper Zakum” markalı xam neftin Avropaya göndəriləcəyi gözlənilir.
Digər xəbərlər