Ana Sayfa > Karusel / Gündəm > “Reuters”: "Avropa son iki ildə ilk dəfə BƏƏ-dən neft alacaq"

“Reuters”: "Avropa son iki ildə ilk dəfə BƏƏ-dən neft alacaq"


25-04-2022, 21:11. Yazar: Admin

Opinion | Pétrole : pourquoi le rebond est encore fragile | Les Echos

Fransanın “TotalEnergies” enerji şirkəti Rusiyadan xammal idxalını əvəzləmək üçün BƏƏ-dən Avropaya neft tədarük edəcək “Moscow Spirit” tankerini icarəyə götürüb. Çatdırılma mayın 1-3-nə nəzərdə tutulub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

“TotalEnergies”in gəmiçilik bölməsi (CSSSA) Birləşmiş Ərəb Əmirliklərinin Cəbəl Danna limanından Böyük Britaniyaya 1 milyon barel həcmində “Murban” nefti göndərmək üçün “SUezmax Moscow Spirit” tankerini icarəyə götürüb”, - agentlikdən bildiriblər.

Xatırladaq ki, BƏƏ-dən Avropa istiqamətində sonuncu dəfə neft ixracı 2020-ci ilin may ayında olub - yük Əbu-Dabidən İtaliyaya göndərilib.

Avropalı alıcılar Rusiya neftindən imtina etdiyindən yaxın aylarda Əbu-Dabidən “Murban”, “Das” və “Upper Zakum” markalı xam neftin Avropaya göndəriləcəyi gözlənilir.


Geri dön