Koronavirus (COVID-19 ) xəstəliyinin ölkəmizdə yayılmasının qarşısının alınması məqsədi ilə bir çox yerli və beynəlxalq istiqamətlər üzrə uçuşlar dayandırıldığından hava limanı - 28 May H1 ekspress marşrut xətti üzrə avtobusların hərəkət cədvəlində dəyişiklik edilib.
Bu barədə Qarabaginfo.az-ya Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Dəyişikliyə əsasən H1 ekspress xətti üzrə sərnişindaşıma yalnız həftənin cümə axşamı günü bir ədəd avtobus olmaqla həyata keçiriləcək. Həmin gün ekspress xətt avtobusu ilə "28 May" metrostaniyasından hava limanına saat 08:00, 10:30 və 16:30 olmaqla 3 gediş reallaşdırılacaq. Bu vaxtlar Bakı-Moskva, Bakı-Naxçıvan və Bakı-London reyslərinin uçuş cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.