Saytımızı qiymətləndirin


 
 

Bakıda anasını öldürən yeniyetmə həbs olundu
Tarix: 25-04-2022 | Saat: 16:01
Bölmə:Karusel / Gündəm / Kriminal | çapa göndər

 

Bakıda anasını öldürməkdə təqsirləndirilən A.C. (ad, soyadı şərti) barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Qarabaginfo.az xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib.

Belə ki, A.C.-nin barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, hadisə aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü A.C qısqanclıq zəminində anası, 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılova bıçaqla qətlə yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 



Xəbəri paylaş

260 dəfə oxunub.

Digər xəbərlər