Saytımızı qiymətləndirin


 
 

Ukrayna-Rusiya danışıqları yaxın vaxtlarda başlaya bilər
Tarix: 27-02-2022 | Saat: 19:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ukrayna-Rusiya danışıqları yaxın vaxtlarda başlaya bilər

Ukraynanın “Xalqın xidmətçisi” Partiyasının deputatı Feodor Venislavski yaxın dəqiqələrdə Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların baş tutaсağını istisna etməyib.

Qarabaginfo.az-ın UNİAN-a istinadən məlumatına görə, o, bu barədə Ukrayna kanallarında telemarafon zamanı bildirib.

Ukrayna nümayəndə heyətinə Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələri daxildir.

"Razılıq əldə olunub ki, danışıqlar faktiki olaraq neytral tərəfdə, Ukrayna və Belarus Respublikası arasında Pripyat çayı boyunca yerləşən neytral zonada aparılacaq. Nümayəndə heyəti artıq yola düşüb. Bura səyahət etmək çox az vaxt aparır. Düşünürəm ki, yaxın bir neçə dəqiqə ərzində danışıqlar başlayacaq, bəlkə də, başlayıb”, - Venislavski bildirib.

O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin bütün qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib, bu o deməkdir ki, Rusiya Federasiyasındakı bütün resurslar artıq cəlb olunub, heç bir ehtiyat qalmayıb.

“Və de-fakto son arqumentdən, yəni nüvə silahından istifadə variantı ola bilsə, Rusiya Federasiyasında vəziyyət artıq çox ciddi qəbul edilir”, - deputat vurğulayıb.

Danışıqların hər an başlaya biləcəyini və bu danışıqlarda Ukraynanı kimin təmsil etdiyini aydınlaşdıran Venislavski bildirib ki, onlar Prezident Ofisinin və Xarici İşlər Nazirliyinin nümayəndələridir.

“Onlar getdilər... Yaxın vaxtlarda ilk razılaşmalar olan kimi sizin müvafiq rəsmi mövqe, Prezident Ofisindən açıqlama olacaq”, - deputat bildirib.



Xəbəri paylaş

1234 dəfə oxunub.

Digər xəbərlər