Tarix: 25-04-2022 | Saat: 10:48
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir.
Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3% təşkil edir.
Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur.
Hesabatda bildirilir ki, 2021-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri 2,113 trilyon dollara çatıb. Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır. 2021-ci ildə artım real ifadədə 0,7% təşkil edib. Bu il hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyadır.
Digər xəbərlər