Ana Sayfa > Karusel / Region > SIPRI: “Azərbaycan ÜDM-də hərbi xərclərin ən çox olduğu 5 ölkə sırasındadır”
SIPRI: “Azərbaycan ÜDM-də hərbi xərclərin ən çox olduğu 5 ölkə sırasındadır”25-04-2022, 10:48. Yazar: Admin |
Azərbaycan Ümumi Daxili Məhsulda (ÜDM) hərbi xərclərin ən çox olduğu ölkələrin siyahısında 5-ci yerdədir. Qarabaginfo.az xəbər verir ki, bu barədə bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında deyilir. Belə ki, hesabat görə, Azərbaycanın ÜDM-də hərbi xərclər 5,3% təşkil edir. Bu baxımdan, birinci yeri Oman (7,3%), ikinci yeri Küveyt (6,7%), üçüncü yeri Səudiyyə Ərəbistanı (6,6%), dördüncü yeri isə Əlcəzair (5,6%) tutur. Hesabatda bildirilir ki, 2021-ci ildə dünya ölkələrinin ümumi hərbi xərcləri 2,113 trilyon dollara çatıb. Dünya müdafiə xərcləri ardıcıl yeddinci ildir ki, davamlı olaraq artır. 2021-ci ildə artım real ifadədə 0,7% təşkil edib. Bu il hərbi xərclərin ən çox olduğu ilk beş ölkə ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyadır. Geri dön |