Saytımızı qiymətləndirin


 
 

Türkiyə mediası Zəfər Qurultayından YAZIR
Tarix: 23-04-2022 | Saat: 23:34
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dünya Azərbaycanlılarının V Qurultayı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.

Qarabaginfo.az xəbər verir ki, Anadolu Agentliyi, “TRT AVAZ”, “Haber Global”, “TRT Haber” və digər telekanallar, “Sabah”, “Hüriyyət” və s. qəzetlər və digər media quruluşları tərəfindən geniş şəkildə yayılan məlumatlarda Prezident İlham Əliyevin qurultaydakı dərin məzmunlu nitqinə geniş yer verilib.

Zəfər qurultayı barədə videomateriallar və fotolar yaymaqla növbəti dəfə Şuşadan Türkiyə ictimaiyyətinə geniş məlumat verən media qurumları diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev Ermənistana növbəti dəfə sərt xəbərdarlıq edib.

Qurultayın tərkibinə xüsusi həssaslıqla yanaşan Türkiyə mediası yazır ki, dünya azərbaycanlılarının Şuşada bir araya gəlməsi Azərbaycan diasporunun gələcək fəaliyyətini dinamik inkişafda saxlamaq üçün mənəvi stimul rolunu oynayacaq.

 



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər