Saytımızı qiymətləndirin


 
 

“Le Figaro”: Ermənistan və Azərbaycan sübut edə bilər ki, sülhün bərqərar olmasında beynəlxalq vasitəçilik köhnəlib
Tarix: 08-05-2024 | Saat: 17:54
Bölmə:Karusel / Region | çapa göndər

 

“Le Figaro”: Ermənistan və Azərbaycan sübut edə bilər ki, sülhün bərqərar olmasında beynəlxalq vasitəçilik köhnəlib

Fransanın “Le Figaro” nəşri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən danışıqlar barədə yazı dərc edib.

Qarabaginfo.az xəbər verir ki, məqalədə beynəlxalq münasibətlər üzrə professor Sebastian Boussois normallaşma prosesinin mümkün nəticələrini təhlil edib.

Bildirilib ki, on illərlə davam edən müharibədən sonra bölgədə sülhün bərqərar olması üçün ikitərəfli yanaşmanın qayıdışı dünyanın alovlandığı bir vaxtda ümid verir.

Müəllif yazır ki, Ermənistan və Azərbaycan ilin sonuna qədər sübut edə bilər ki, sülhün bərqərar olmasında nəinki BMT, həm də beynəlxalq vasitəçilik köhnəlib.

Məqalədə ABŞ, Rusiya və Avropa İttifaqının vasitəçilik cəhdlərinin boşa çıxdığı qeyd olunub.

Yazıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Qazaxıstanın Almatı şəhərində görüşəcəklərinə diqqət çəkilib, tərəflərin iki ölkə arasında otuz ildən çox davam edən münaqişənin həllinə dair yekun və qəti razılaşmaya gətirib çıxara biləcək bütün elementləri müzakirə etdikləri vurğulanıb: “Mayın 10-da Qazaxıstanın Almatı şəhərində yeni ikitərəfli görüş baş tutacaq. Ev sahibi ölkə danışıqlarda heç bir rol oynamayacaq, lakin onun güclü simvolik dəyəri var. Belə ki, SSRİ-nin dağılması zamanı onun sonunu təsdiqləyən Almatı Bəyannaməsi imzalanıb. Orada tarixi yenidən yazmaq olar”.

Professorun sözlərinə görə, ötən ay Azərbaycanın 4 kəndini qaytarması Ermənistanın normallaşma istiqamətində irəliləmək istədiyinin sübutudur: “Reallıqda Ermənistanın artıq seçimi yoxdur: ölkə mümkün qədər tez regional dinamikaya reinteqrasiya edilməlidir”.

Məqalədə Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasına birbaşa əlaqəsini bərpa etməklə yanaşı, Ermənistan üçün də öz qonşuları ilə ticarət əlaqələri qurmaq baxımından faydalı olmalıdır.

“Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”, - yazıda bildirilib.



Xəbəri paylaş

169 dəfə oxunub.

Digər xəbərlər