Saytımızı qiymətləndirin


 
 

Koronavirusa görə dustaqların bəziləri azadlığa buraxılır
Tarix: 26-03-2020 | Saat: 17:39
Bölmə:Karusel / Sosial | çapa göndər

 

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində saxlanılan dustaqların bir hissəsi azadlığa buraxılır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Onun sözlərinə görə, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupu adından koronavirus pandemiyası təhlükəsinə görə Prezident Administrasiyasına müraciət edilib: “Artıq cəza müddətinin başa çatmasına az qalan dustaqların buraxılmasına başlanılıb. Hələlik cəza müddətinin bitməsinə 3 ay qalan məhbuslara şamil olunur, daha sonra 6 ay və 9 ay qalanlara da aid ediləcək. Proses aprel ayınadək davam edəcək. Bu, ölkə başçısının humanist addımının nəticəsidir ki, belə bir çətin vəziyyətdə bir çox məhkumlar da ailələrinin yanında ola bilsinlər”.“Report”



Xəbəri paylaş

423 dəfə oxunub.

Digər xəbərlər