Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev:"Erməni soyadlı vətəndaşlar sərbəst şəkildə Azərbaycana gələ bilərlər"  
Tarix: 24-02-2022 | Saat: 12:28
Bölmə:Karusel / Gündəm | çapa göndər

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Sərəncam imzalayıb - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

"Müxtəlif dövlətlərin erməni soyadlı vətəndaşları Azərbaycana sərbəst şəkildə gələ bilərlər". 

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün TASS-ın Baş Redaktorlar Klubunda Rusiya KİV rəhbərləri ilə keçirdiyi görüşdə deyib.


RT telekanalının baş redaktoru Marqarita Simonyanın erməni soyadlı vətəndaşların Azərbaycana girişinə qadağa qoyulması ilə bağlı sualını cavablandıran İlham Əliyev qeyd edib ki, bu məlumat həqiqətə uyğun deyil və etnik mənsubiyyətinə görə Azərbaycana giriş qadağası yoxdur.
 

"Ermənilərin Azərbaycana çoxsaylı səfəri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirində iştirak ediblər, Ermənistan komandası da qatılmışdı. Hətta xatırlayıram ki, mən şəxsən Ukraynanın bir nümayəndəsinə gümüş medal vermişəm. Milliyyətcə erməni idi, o, fəxri kürsüdə qızıl qazanan azərbaycanlı boksçunun yanında dayanmışdı”, - Əliyev izah edib.


Dövlət başçısı bütün ermənilərin katolikosu II Qareginin səfərini də xatırladıb.

 
"O, Bakıda erməni kilsəsində olub və təəccüblənib ki, biz bu kilsədə erməni dilində 5 mindən çox kitab saxlayırıq, özü də bunun şahididir. Mən çoxlu misallar çəkə bilərəm: deputatlar, ictimai xadimlər, başqa ölkələrin vətəndaşları... Vətəndaşlarımızın və qonaqlarımızın təhlükəsizliyinə cavabdehik, ona görə də xahişimiz ondan ibarət idi ki, Ermənistan vətəndaşları və ya erməni soyadlı şəxslər Azərbaycana gəldikdə, xüsusən də Rusiyadan söhbət gedirsə, müvafiq orqanlara məlumat verilsin ”, - deyə İlham Əliyev əlavə edib.

Prezident Azərbaycanda hələ də müəyyən sayda ermənilərin yaşadığına və onlara qarşı heç kimin heç bir iddia qaldırmadığına diqqət çəkib.

Ölkə rəhbəri M.Simonyanı çəkiliş qrupu ilə Azərbaycana səfərə və bu qadağaların olmadığını şəxsən yoxlamağa dəvət edib.(modern.az)



Xəbəri paylaş

314 dəfə oxunub.

Digər xəbərlər