Ana Sayfa > Karusel / Gündəm > İlham Əliyev:"Erməni soyadlı vətəndaşlar sərbəst şəkildə Azərbaycana gələ bilərlər"
İlham Əliyev:"Erməni soyadlı vətəndaşlar sərbəst şəkildə Azərbaycana gələ bilərlər"24-02-2022, 12:28. Yazar: Admin |
"Müxtəlif dövlətlərin erməni soyadlı vətəndaşları Azərbaycana sərbəst şəkildə gələ bilərlər". Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev ötən gün TASS-ın Baş Redaktorlar Klubunda Rusiya KİV rəhbərləri ilə keçirdiyi görüşdə deyib.
"Ermənilərin Azərbaycana çoxsaylı səfəri buna sübutdur. Onlar Avropa Oyunları kimi idman tədbirində iştirak ediblər, Ermənistan komandası da qatılmışdı. Hətta xatırlayıram ki, mən şəxsən Ukraynanın bir nümayəndəsinə gümüş medal vermişəm. Milliyyətcə erməni idi, o, fəxri kürsüdə qızıl qazanan azərbaycanlı boksçunun yanında dayanmışdı”, - Əliyev izah edib.
Ölkə rəhbəri M.Simonyanı çəkiliş qrupu ilə Azərbaycana səfərə və bu qadağaların olmadığını şəxsən yoxlamağa dəvət edib.(modern.az) Geri dön |