Saytımızı qiymətləndirin


 
 

Nazir: “Britaniya Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq cəhdlərini alqışlayır”
Tarix: 22-04-2022 | Saat: 22:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

Lord Tarıq Əhməd

Böyük Britaniya hökuməti 2020-ci ildə Qarabağ münaqişəsindən sonra Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün atdığı addımları alqışlayır və hadisələri yaxından izləyir.

Qarabaginfo.az-ın xəbərimə görə, bunu Britaniyanın Cənubi Asiya və Şimali Afrika regionları üzrə dövlət naziri, Xarici İşlər nazirinin müavini Lord Tarıq Əhməd bildirib.

O qeyd edib ki, martın 29 və 31-də Avropa və Şimali Amerika regionları üzrə dövlət naziri Ceyms Kleverli müvafiq olaraq Azərbaycan və Ermənistan səfirləri ilə görüşlərində ilkin şərtlər olmadan substantiv danışıqlara ehtiyac olduğunu vurğulayıb.

"Böyük Britaniya hökuməti tərəfləri regionda sabitlik və təhlükəsizliyi təmin etmək üçün danışıqlarda iştirak etməyə təşviq etməyə davam edəcək", - Lord Tarıq Əhməd əlavə edib.



Xəbəri paylaş

1231 dəfə oxunub.

Digər xəbərlər