Saytımızı qiymətləndirin


 
 

Ukraynanın istefa vermiş XİN başçısı bu sahədə çalışacaq
Tarix: 04-09-2024 | Saat: 16:21
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynanın istefa vermiş xarici işlər naziri Dmitri Kuleba gələcəkdə Kiyev və NATO arasında əlaqələrin möhkəmləndirilməsi üzərində işləyəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Kulebanın yerini böyük ehtimalla, müavini Andrey Sibiqa tutacaq.

Nazirin özü Ukraynanın NATO ilə əlaqələrinin möhkəmləndirilməsinə diqqət yetirəcək.

“Bloomberg” yazır ki, Kuleba əvvəllər Ukrayna prezidenti Vladimir Zelenskinin NATO və Aİ-yə yol açmaq səylərinin ictimai siması olub və ABŞ dövlət katibi Entoni Blinken və onun digər ittifaq ölkələrdən olan həmkarları ilə danışıqlarda əhəmiyyətli təcrübəyə malikdir.



Xəbəri paylaş

44 dəfə oxunub.

Digər xəbərlər