Saytımızı qiymətləndirin


 
 

4 hakimin fəaliyyətinə vaxtından əvvəl xitam verilib
Tarix: 22-04-2022 | Saat: 20:24
Bölmə:Karusel / Gündəm | çapa göndər

 4 hakimin fəaliyyətinə vaxtından əvvəl xitam verilib

Fəaliyyətində bundan əvvəl peşəkar çatışmazlıqlar aşkar edilmiş hakimlərin fəaliyyəti təkrar qiymətləndirilərək 4 nəfərin işində dönüş yaratmadıqlarına görə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi qərara alınıb.

Məhkəmə-Hüquq Şurasından verilən xəbərə görə, qanunvericiliyin tələblərinin pozduqları üçün apellyasiya məhkəmələrinin 4, Bakı ağır cinayətlər məhkəməsinin 3 hakimi intizam məsuliyyətinə cəlb olunub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmalara, süründürməçiliyə və digər kobud qanun pozuntularına yol verilməsinə görə birinci və apellyasiya instansiyası məhkəmələrinin 12 hakimi barədə intizam icraatı başlanılıb.

Məhkəmə-Hüquq Şurasına, o cümlədən dövlət başçısının Fərmanına əsasən Şurada yaradılmış “Qaynar Xəttə” daxil olan müraciətlərin araşdırılması nəticələri üzrə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə təkcə ötən il 130-dan çox hakim rəsmi xəbərdar edilib və bu, onların fəaliyyətlərinin qiymətləndirilməsində nəzərə alınıb, təkrar belə pozuntulara görə isə intizam icraatları başlanılıb.

Bununla yanaşı, yuxarı məhkəmələr təcrübəli və peşəkar hakimlərlə möhkəmləndirilib, o cümlədən ötən il bütün apellyasiya məhkəmələrinin sədrləri dəyişdirilib.



Xəbəri paylaş

1228 dəfə oxunub.

Digər xəbərlər
16-01-2024, 11:54 Prezident Lənkərana getdi