Tarix: 22-04-2022 | Saat: 19:37
Bölmə:Karusel / Gündəm | çapa göndər
ABŞ-ın Bakıdakı səfirliyi bu ay rəsmi olaraq “Hava Keyfiyyətinin Monitorinqi Proqramı”na (AQMP) start verəcək.
Səfirlikdən verilən xəbərə görə, səfirliyin AQMP-yə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) tərəfindən sertifikatlaşdırılmış ölçmə aləti (MET One BAM 1020), real vaxt rejimində hava keyfiyyəti indeksi vebsaytı və səfirliyin veb səhifəsində yerləşdirilmiş məlumat daxildir.
ABŞ səfirliyi bu təşəbbüsü Yer Günü şərəfinə elan edir. 22 aprel Yer Günü sağlamlıq və ətraf mühitin qorunmasının vacibliyini öyrənmək və xatırlamaq üçün bir gündür. Amerika Birləşmiş Ştatlarında Yer Günü rəsmi bayram deyil, lakin hələdə də geniş qeyd olunur. Hər yaşda olan amerikalılar ətraf mühitlə bağlı narahatlıq barədə ictimaiyyətin məlumatlılığını artırmaq və ətraf mühitə diqqəti göstərmək üçün tədbirlərdə iştirak edir.
Havanın çirklənməsi qlobal sağlamlıq üçün ciddi təhlükədir. 2015-ci ilin fevral ayında ABŞ Dövlət Departamenti və EPA Birləşmiş Ştatların hava keyfiyyəti şərtləri ilə bağlı artıq dərc edilmiş EPA məlumatlarına ABŞ səfirliklərinin məlumatlarını əlavə etməklə dünyanın hər yerindən real vaxt rejimində hava keyfiyyətinə dair məlumatlarını təkmilləşdirmək məqsədilə tərəfdaşlıq qurub.
AQMP davamlı olaraq Səfirlikdən kənarda havadakı incə hissəciklərin (PM2.5) səviyyəsini izləyərək qeyd edəcək və toplanmış məlumatları davamlı şəkildə EPA tərəfindən yaradılmış “Hava Keyfiyyəti İndeksi” (AQI) şkalasına çevirəcək. Bu məlumat ictimaiyyət üçün açıqdır və yerli səhiyyə nümayəndələri və Azərbaycan hökuməti də daxil olmaqla bütün Bakı sakinlərinin faydalanması üçün nəzərdə tutulub.
ABŞ-ın 30-dan çox ölkə və 50-dən çox şəhərində səfirliklər və konsulluqlar çirklənmə səviyyəsini izləyir, havanın keyfiyyəti ilə bağlı məlumatları yayır. ABŞ tərəfindən yerləşdirilən məlumatları Dövlət Departamenti EPA-nın “AirNow” platformasında həftənin yeddi günü, günün isə 24 saatı əldə etmək olar.
Biz media nümayəndələrini https://az.usembassy.gov/embassy/baku/air-quality-monitor/ ünvanında yerləşən ABŞ səfirliyinin AQI veb-saytı ilə tanış olmağa dəvət edirik. AQMP ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin “AirNow” sisteminin bir hissəsinə çevrildiyi üçün ABŞ-ın Bakıdakı səfirliyinin ərazisindəki havanın keyfiyyətinə dair məlumatlar eyni vaxtda www.airnow.gov saytında dərc olunur.
Qeyd edək ki, səfirlik öz AQI-ni saatlıq orta hesabla, EPA isə AQI-ni 24 saatlıq orta hesabla bildirir.
Digər xəbərlər