Saytımızı qiymətləndirin


 
 

DTX-nın rəis müavini: "Kibertəhdidlərə qarşı mübarizə yeni fəaliyyət istiqaməti kimi müəyyənləşib"
Tarix: 22-04-2022 | Saat: 18:25
Bölmə:Karusel / Siyasət | çapa göndər

DTX-nın rəis müavini: "Kibertəhdidlərə qarşı mübarizə yeni fəaliyyət istiqaməti kimi müəyyənləşib"

Dövlət başçısının 2021-ci ilin 17 aprel tarixli Fərmanı ilə kritik informasiya infrastrukturu təhlükəsizliyi, o cümlədən kibertəhdidlərə qarşı mübarizə yeni fəaliyyət istiqaməti kimi müəyyən edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyanın təqdimat mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, bununla əlaqədar DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb və qabaqcıl təcrübələr əsasında inkişaf etdirilir.

“Kritik informasiya infrastrukturlarının kibermüdafiə vəziyyətinin gücləndirilməsi təhlil edilib. Tərəfimizdən həyata keçirilən xüsusi təyinatlı kiberəməliyyat tədbirləri nəticəsində, Azərbaycan Silahlı Qüvvələrinə zəruri dəstək verilib. Vətən müharibəsi dövründə göründü ki, bütün qurumlar bir yerdə çalışdılar və bu sahədə güclərini bir istiqamətə yönəltdilər”, - İlqar Musayev qeyd edib.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər