Tarix: 22-04-2022 | Saat: 11:42
Bölmə:Karusel / Təhsil | çapa göndər
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən bugünkü posesdə bildirilib ki, dindirilməyən 17 şahid məhkəməyə rəsmi qayda da çağrılsalar da, prosesə gəlməyiblər.
Məhkəmə şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses aprelin 25-ə qədər təxirə salınıb.
Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Digər xəbərlər