Saytımızı qiymətləndirin


 
 

Elmira Axundova Kiyevə geri dönəcəkmi? – XİN-dən açıqlama
Tarix: 21-04-2022 | Saat: 10:23
Bölmə:Karusel / Siyasət | çapa göndər

 Elmira Axundova Kiyevə geri dönəcəkmi? – XİN-dən açıqlama

Rusiyanın Ukraynada başlatdığı işğal hərəkatından sonra əksər ölkələr Kiyevdəki səfirliklərini Ukraynanın daha təhlükəsiz bölgələrinə köçürmək məcburiyyətində qalıblar. Həmçinin Kiyevdə fəaliyyət göstərən Azərbaycan səfirliyidə martın 8-də Ukraynanın Lvov şəhərinə köçürülüb. 

Kiyevdəki səlahiyyətli səfirimiz Elmira Axundova isə martın 4-də səfirliyin qadın əməkdaşlarından və ailə üzvlərindən ibarət ümumilikdə 40 nəfər heyətlə Azərbaycana geri dönüb.

Hazırda müharibə davam etsə də, Kiyev ətrafında sabitlik hökm sürür. Bu səbəbdən də xarici ölkə səfirliklərinin əksəriyyəti Kiyevə geri qayıtmağa başlayıblar. Artıq Çexiya, Sloveniya, Litva, İtaliya, İspaniya və Türkiyə səfirlik fəaliyyətlərini paytaxt Kiyevdə davam etdirirlər.

Avropa İttifaqı bu yaxınlarda diplomatik nümayəndəliyini Polşadan Kiyevə köçürdüyünü açıqladı. Fransa hökuməti isə öz səfirliyini bu yaxınlarda Kiyevə köçürəcəyini elan edib.

Bu halda Azərbaycanın Ukraynadakı səfirliyi və səlahiyyətli səfirimiz Elmira Axundova Kiyevə geri dönəcəkmi?
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “AzPolitika.info”-ya bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədə səfirliyin fəaliyyətinə daha geniş kontekstdə, təhlükəsizlik prizmasından yanaşılır: “Mövcud şərait imkan verəcəyi və müvafiq qərar qəbul ediləcəyi təqdirdə səfirliyimiz Kiyevdə fəaliyyətinə geri dönəcək. Hazırda isə bildiyiniz kimi, səfirliyimiz Lvov şəhərində fəaliyyətini davam etdirir”.



Xəbəri paylaş

1253 dəfə oxunub.

Digər xəbərlər