Saytımızı qiymətləndirin


 
 

Andrey Konçalovski: “Rüstəm İbrahimbəyov mədəniyyətin sütunlarından biri idi”
Tarix: 14-03-2022 | Saat: 07:42
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

Andrey Konçalovski: “Rüstəm İbrahimbəyov mədəniyyətin sütunlarından biri idi”

“Mənim üçün Rüstəm İbrahimbəyov mədəniyyətin rəngi və sütünlarından biri idi”.

Qarabaginfo.az xəbər verir ki,bunu Apa-nın Moskva müxbirinə açıqlamasında tanınmış rusiyalı kinorejissor Andrey Konçalovski bildirib.

"Bilirsiz, Rüstəm mədəniyyətin rəngi idi. Sovet, milli, Zaqafqaziya və Azərbaycan mədəniyyətinin rəngi və sütünü idi. O, həm də Rusiya və Azərbaycan kinosunda kinomatoqrafiya epoxasınının yaradıcılarından biri idi. Rüstəm İbrahimbəyov çox böyük fiqur idi. Əlbəttə ki, klassik idi. Rüstəmin həyatdan getməsi böyük itkidir. O, hər zaman sovet, rus və Azərbaycan kinomatoqrafiyasının və teatrının, ən başlıcası isə mədəniyyətinin ensiklopediyasında qalacaq. Bir sözlə, əgər mədəniyyətin hansısa nəhəng sütünlarından danışsaq, Rüstəm İbrahimbəyov məhz o sütünlardan biri idi”,- deyə Konçalovski vurğulayıb.

Rusiyalı kinorejissor vida mərasimində çıxışında Rüstəm İbrahimbəyovla çoxdan dostluq etdiyini söyləyib: “O, hələ ssenari kurslarında oxuyan zamanlar idi. Onun yumor hissi, müdrikliyi dərhal özünü biruzə verirdi. Rüstəm ən parlaq fiqurlardan biri idi. Rusiya kinomatoqrafçılarının, incəsənət və fəlsəfənin, sözsüz ki, möhtəşəm Azərbaycan mədəniyyətinin borclu olduğu nəsil gedir. Ona görə də, nə qədər ki, yaddaşımız yerindədir, Rüstəmi xatırlayacağıq. Ancaq bunları deyə bilərəm. Mən səninlə vidalaşmıram, Rüstəm!”



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər