Saytımızı qiymətləndirin


 
 

“Rusiyaya müttəfiq deyil, forpost lazımdır. Azərbaycan Rusiya ilə hərbi-siyasi müttəfiqlik sənədi imzalamaz”
Tarix: 22-02-2022 | Saat: 10:20
Bölmə:Karusel / Siyasət / Yazar | çapa göndər

 

Rusiya Azərbaycan arasında müttəfiq müqaviləsinin imzalanması hərbi və siyasi, xüsusilə xarici siyasətdə mümkün deyil. Rusiyaya müttəfiq deyil, forpost lazımdır. Azərbaycan Rusiya ilə hərbi-siyasi müttəfiqlik sənədi imzalamaz. Bu Moskvadan asılılıq deməkdir. Prezident İlham Əliyev buna getməz.

Azərbaycan Türkiyə ilə hərbi-siyasi müttəfiqlik Bəyənməsi imzalayıb.
Rusiyaya tərəfdaş lazım deyil. Rusiya regionu öz təsir dairəsinə almağa çalışır.

Rusiya ilə müttəfiqlik bir neçə istiqamətdə ola bilər. Strateji sahədə deyil. Onda Avropa İttifaqı Azərbaycana ayırdığı 2 milyardi verməyəcək. Rusiya ilə Qərb arasında hazırda yasanan soyuq müharibədə rəsmi Bakının buna getmesi Qərbin ölkəmizə qarşı mənfi siyasət mövqeyinə gətirər.

Kremlin mətbuati “müttəfiqlik” yazmaqla Ukraynada və Qərbdə Azərbaycana qarşı mənfi isteriyaya yol açmaq üçün belə bir qeyd edib. Azərbaycan Rusiyadan qorunmaq üçün Türkiyə ilə müttəfiqlik sənədi olan “Şuşa Bəyannaməsi” imzalayıb. Burada hərbi-texniki, müdafiə əks olunub. Rusiya ilə belə bir sənəd imzalanmaz.

Politoloq Məhəmməd Əsədullazadə



Xəbəri paylaş

437 dəfə oxunub.

Digər xəbərlər