Saytımızı qiymətləndirin


 
 

ABŞ-ın Ukraynaya göndərdiyi mərmilər Avropaya çatıb
Tarix: 20-04-2022 | Saat: 23:36
Bölmə:Karusel / Gündəm | çapa göndər

ABŞ-ın Ukraynaya göndərdiyi mərmilər Avropaya çatıb

ABŞ-ın Ukraynaya göndərdiyi haubitsa sursatları Avropaya çatıb.

Qarabaginfo.az-ın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmisi jurnalistlərə açıqlamasında bildirib.

Qeyd olunub ki, mərmilər ötən gündən etibarən Avropaya çatdırılıb və qarşıdakı günlər ərzində daha böyük partiyalar çatdırılacaq.

Rəsmi qeyd edib ki, ukraynalılar üçün ABŞ-ın göndərəcəyi haubitsalardan istifadə ilə bağlı təlimlər başlayıb. O, 50 hərbçnin iştirak etdiyini təlimlərin Ukrayna xaricində təşkil edildiyini, lakin bunun hansı ölkə olduğunu açıqlamayıb.

“Bu ukraynalı təlimçilər üçün təlimdir, az sayda ukraynalı iştirak edir, təxminən 50-dən bir qədər çox. Onlar haubitsalardan necə istifadə edilməsini öyrənəcəklər və daha sonra Ukraynaya qayıdıb həmkarlarını öyrədə biləcəklər”, - deyə Pentaqon rəsmisi bildirib.

ABŞ-ın Ukraynaya 800 milyon dollarlıq sonuncu hərbi yardımı çərçivəsində 18 haubitsa və ümumilikdə 40 min sursat göndərilməsi planlaşdırılıb.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər