Kabilin qərb hissəsində məktəb ərazisində partlayış baş verib.

Qarabaginfo.az xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, partlayışın səbəbi hələ müəyyən edilməyib.

Hadisənin şahidi bildirib ki, Mümtaz məktəbində baş verən partlayış nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb. 

Sonradan məlum olub ki, oxşar partlayış Kabilin qərbində Rahim Şəhid adına məktəbdə də baş verib.