Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda 40 il əvvəl 13 yaşında tələbə olan uşaq –Bu oğlan indi hardadır? /FOTOLAR
Tarix: 13-12-2023 | Saat: 10:32
Bölmə:Karusel / Təhsil | çapa göndər

Студент Константин Славин

1983-cü ildə balaca Kostyanın adı bütün Azərbaycana səs salmışdı.
13 yaşlı Konstantin Slavin Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdu. O zaman bu xəbər böyük maraq doğurmuşdu.

K.Slavinin sonrakı həyatı necə olub?

Konstantin Slavin 1970-ci il 20 avqust tarixində Bakıda doğulub. Ana tərəfdən azərbaycanlı köklərə malikdir. Sovet dövründə beş yaşında birinci sinfə gedib.
Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb və təhsilini fərqlənmə ilə başa vurub. 1988-92-ci illərdə Moskavada neyrocərrahiyə üzrə rezidenturasını yekunlaşdırıb.

1994-95-ci illərdə ABŞ-da ümumi cərrahiyə üzrə təcrübə keçib.
Konstantin Slavin hazırda tanınmış neyrocərrah, İllinoys Universitetinin (ABŞ) professoru və Dünya Stereotaktik və Funksional Neyrocərrahiyyə Cəmiyyətinin prezidentidir.
Karyerası ərzində o, 10 mindən çox unikal əməliyyat keçirib.


Slavinin karyerasında mərhum prezident Heydər Əliyev unikal rol oynayıb. Onun sözlərinə görə, Tibb İnstitutunda ən gənc tələbə olduğu üçün təhsil müəssisəsi onu qəbul etməkdən çəkinib.
“Bu məsələdə Heydər Əliyevin böyük rolu olub. Heydər Əliyeviç mənim inkişafımın bir çox mərhələlərində iştirak edib. Mən bunu o illərdə dərk etmirdim. Onu iki dəfə görmüşəm. İlk dəfə birinci sinifdə Siyasi Büro üzvlərinə gül təqdim edəndə, ikinci dəfə onunla tibb tələbəsi kimi səhnədən danışdım. Yadımdadır, o, mənə o qədər maraqla baxırdı ki…”-deyə KİV-ə açıqlamasında bildirib.


Slavin ABŞ-da yaşasa da Azərbaycanı unutmur. İldə bir neçə dəfə Bakıya gəlir.
“Valideynlərim, dostlarım, qohumlarım hələ də Bakıda yaşayırlar. Fəxr edirəm ki, bakılıyam, bizim ailə həmişə Azərbaycan adət-ənənələrinə sadiq olub. Təbii ki, indi paytaxt başqa cür görünür: fərqli imic və yeni prioritetlər var. Amma mənim üçün həmişə uşaqlığımla bağlı olacaq. Azərbaycanda həmişə dəyişməz qalan insanların mehribanlığı və qonaqpərvərliyidir. Bakı mənim evimdir, doğma şəhərimdir. Mən Azərbaycan vətəndaşı və vətənpərvər olaraq qalıram”.

“Anam və atam heç vaxt təhsilimlə bağlı məni bütə çevirməyiblər.Adi bir uşaq kimi böyütdülər”-deyə o bildirib.
Slavinin iki övladı var. Oğlu və qızı atalarının peşəsini davam etdirməyiblər. Oğlu San-Fransiskoda, qızı Vaşiqntonda yaşayır.

Slavin ABŞ, Rusiya, Avropa, Asiya, Latın Amerikası və Avstraliyadakı universitetlərdə və klinikalarda elmi mühazirələr oxuyur. 400 -dən çox elmi əsərin və nəşrin, 4 ixtiranın patentinin müəllifidir.



Xəbəri paylaş

1106 dəfə oxunub.

Digər xəbərlər