Generallar Putindən savaşı durdurmağı xahiş etdi...-"Taliblər hücuma hazırlaşır!.."
Tarix: 19-04-2022 | Saat: 10:15
Bölmə:Karusel / Region | çapa göndər
1277 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-04-2022 | Saat: 10:15
Bölmə:Karusel / Region | çapa göndər

"Rusiya qoşunlarının Dneprə doğru irəliləmək üçün gücü və vasitələri yoxdur..."
Rusiya prezidenti Vladimir Putin bəzi rus generallarından Ukraynada hücum əməliyyatı keçirməmək barədə petisiya alıb. Generallar bildirib ki, quru qoşunlarının ən azı bir hissəsini digər tapşırıqlar üçün döyüş hazırlığında saxlamaqdan ötrü bu planlardan imtina edilməlidir.
Qarabaginfo.az xəbər verir ki hərbi ekspert Oleq Jdanov bu barədə “Ukrayna 24”-ün "Youtube" kanalındakı “FREEDOM” layihəsinin efirində tele-aparıcı Yevgeni Kiselyova danışıb.
Jdanovun sözlərinə görə, müharibənin bu mərhələsində Ukrayna qoşunlarının Donbasdakı Birləşmiş Qüvvələr Əməliyyatı(BQƏ) zonasındakə qruplaşmasını mühasirəyə almaq üçün Rusiya qoşunları tərəfindən kütləvi hücum cəhdi olacaq: "Burada əsas şəhər Kramatorsk şəhəridir. Onlar istəyirlər ki, qoşunlarının şimal və cənub qruplarını Kramatorskda bir araya gətirsinlər. Və bu minvalla ümid edirlər ki, bizim qoşunların(BQƏ) zonasında mühasirəsi başa çatacaq”, - Jdanov izah edib.
Eyni zamanda o qeyd edib ki, Rusiya qoşunlarının Dneprə doğru irəliləmək üçün gücü və vasitələri yoxdur.
"Əgər onlar bizim qoşunlarımızı mühasirəyə ala bilsələr, bundan dərhal sonra danışıqlar prosesi təklifi gələcək: əsgərlərin həyatı müqabilində ərazilər... Çünki onların gücləri və vasitələri çətin ki, çatacaq. Və onlar bunu çox gözəl anlayırlar", - Jdanov belə deyib.
Jdanov bildirib ki, daxili məlumatlara görə, Baş Qərargahda Rusiya Federasiyasının qarşısında duran digər vəzifə və problemlərin həlli üçün quru qoşunlarının ən azı bir hissəsini döyüş hazırlığında saxlamaqdan ötrü hücum əməliyyatından imtina etmək lazım olduğu barədə fikir yetişir.
"Məsələn, aprelin sonuna qədər Fərqanə vadisi onlar üçün təhlükə mənbəyi olacaq. Əgər doğrudursa, Taliban aşırımın qurumasını gözləyir ki, oradan keçmək mümkün olsun. Tacikistandan da Rusiyanın 201-ci bazası yoxdur, çünki hazırda tam qüvvəsi ilə Ukrayna ərazisində döyüşür. Belə halda taliblər təhlükəsizolaraq Fərqanə vadisinə girib Qazaxıstan istiqamətində hücuma başlaya bilərlər”, - deyə hərbi ekspert izah edib.
Xəbəri paylaş
Digər xəbərlər
10-07-2023, 17:18
Müqəddəs Taxt-Tacın dövlət katibi Heydər Əliyev Mərkəzində olub
10-11-2021, 14:19
Azərbaycan ordusu Xankəndiyə niyə daxil olmadı? - SƏBƏB
8-05-2022, 19:06
Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
22-02-2022, 07:42
Quterreş: "“DXR” və “LXR”in tanınması BMT Nizamnaməsinə uyğun deyil"
21-02-2022, 19:10
Gömrükdə saxlanc və yükləmə-boşaltma xərcləri optimallaşdırılacaq
5-02-2024, 11:01
Xocalıda silah-sursat aşkarlandı- FOTO
15-04-2022, 10:02
Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqlayıb
31-05-2022, 23:44
Slovakiya hakimiyyəti Ukraynaya özüyeriyən haubitsalar tədarük edəcək
4-05-2022, 08:04
İtaliya 2024-cü ilə qədər Rusiya qazından tamamilə imtina edə bilər
6-03-2022, 21:51
Maksim Medvedev: "Bir ildən sonra millidə karyeramı bitirəcəyəm"

















