Saytımızı qiymətləndirin


 
 

"Onlar bir-birini öldürməyə davam edəcək" - Rusiya iqtisadiyyatını nə gözləyir?
Tarix: 18-04-2022 | Saat: 19:12
Bölmə:Karusel / Region | çapa göndər

“Rusiya ilə Ukrayna arasında məqbul kompromis yoxdur, odur ki, Rusiya hücuma, Ukrayna isə müdafiəni davam etdirəcək”.

Qarabaginfo.az xəbər verir ki,Bu sözləri Yenisabah.az-a açıqlamasında Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının Sosial Elmlər İnstitutunun Siyasi və İctimai Kommunikasiyalar kafedrasının dosenti Nikolay Kulbaka deyib.

Onun sözlərinə görə, müharibə perspektivlərini, təəssüf ki, heç bir halda yaxşı adlandırmaq olmaz:

“İnsanlar bir-birini öldürməyə davam edəcəklər. Əslində, hər iki ölkə məhvolma müharibəsi aparır. Bununla belə, müharibənin konkret gedişatını proqnozlaşdırmaq çox çətindir, çünki ona çoxlu faktorlar təsir edir, onların əksəriyyəti isə ya naməlum, ya da zəif müəyyən edilir”.

Nikolay Kulbaka bildirib ki, Rusiyada iqtisadiyyatının vəziyyət getdikcə pisləşəcək:

"Ancaq pisləşmə tədricən baş verəcək. Ən çox ehtimal olunan ssenari, məncə, budur: bu il ərzində inflyasiya təxminən 20% olacaq, ÜDM təxminən 10% azalacaq, işsizlik isə 10%-ə qədər yüksələcək. Eyni zamanda, ən azı 2022-ci il üçün ölkənin büdcəsi az-çox balanslaşdırılmış olacaq”.

Əgər yayın sonuna qədər döyüşlər dayanmazsa, “yarpaq tökümü” 2023-cü ildə də davam edəcək, lakin bu, o qədər də açıq şəkildə olmayacaq. Ayrı-ayrı müəssisələr yavaş-yavaş bağlanacaq, ayrı-ayrı sahələr zərər çəkəcək, ayrı-ayrı mallar mağazalardan yoxa çıxacaq, amma iqtisadiyyatın iflası olmayacaq. Nə qədər ki, ölkədə bazar iqtisadiyyatı davam edəcək, Rusiya hökuməti və Mərkəzi Bank da sabitliyi qoruyub saxlaya biləcək.

Əgər dövlət qiymətləri tənzimləməyə başlasa, o zaman gələcək iflası proqnozlaşdırmaq daha çətin olacaq. Ancaq hökumətin qiymətləri tənzimləməmək üçün kifayət qədər düşüncəsi var. Ümid edək ki, bu belə davam edəcək”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

 



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər