Tarix: 24-02-2022 | Saat: 10:46
Bölmə:Karusel / Region | çapa göndər
"Rusiyanın Ukraynaya hücumu beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır".
Qarabaginfo.az xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts "Twitter"də bildirib.
Almaniya kansleri bu hücumun heç bir əsasının olmadığını bildirib və vurğulayıb ki, Almaniya prezident Putinin bu ehtiyatsız hərəkətini ən sərt şəkildə pisləyir. "Biz Ukrayna və onun xalqı ilə həmrəyik.
Rusiya bu hərbi əməliyyatı dərhal dayandırmalıdır. G7, NATO və Aİ çərçivəsində biz bu gün yaxın təmasda olacağıq. Bu, Ukrayna üçün dəhşətli, Avropa üçün isə qara gündür", Almaniya kansleri qeyd edib.
Almaniya kanslerinin mətbuat katibi Steffen Hebestreit bildirib ki, Almaniya kansleri Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon əlaqəsi saxlayıb və onu əmin edib ki, Almaniya bu çətin zamanda Ukraynanın yanındadır.
Digər xəbərlər