Şəki rayonunda 21 yaşlı gənc intihar edib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə Şəki şəhəri Nərman Nərmanov küçəsində baş verib.

Belə ki, Şəki şəhər sakini, 21 yaşlı Məhəmməd Rahim oğlu Kərimovun meyiti yaşadığı ünvanda asılı vəziyyətdə aşkar edilib. İlkin araşdırma zamanı M. Kərimovun intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.