Saytımızı qiymətləndirin


 
 

Rusiyanın itkiləri açıqlandı: 20 300 hərbçi, 165 təyyarə, 773 tank...
Tarix: 17-04-2022 | Saat: 13:31
Bölmə:Karusel / Region / Hadisə | çapa göndər

 

 Rusiyanın itkiləri açıqlandı: 20 300 hərbçi, 165 təyyarə, 773 tank...

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikaların sayı məlum olub.
 
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində indiyədək Rusiyanın 20 300-ə yaxın hərbçisi zərərsizləşdirilib.
 
Bundan başqa, Rusiya qoşunlarının 773 ədəd tankı, 2002 zirehli döyüş maşını, 376 ədəd artilleriya sistemi, 127 ədəd reaktiv yaylım atəş sistemi, 66 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
 
Eyni zamanda, ruslara məxsus 165 hərbi təyyarə, 146 helikopter, 1471 ədəd nəqliyyat vasitəsi, 8 gəmi/kater, 76 ədəd yanacaq çəni, 148 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi məhv edilib.
 
Xatırladaq ki, Rusiya bu il fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.



Xəbəri paylaş

1230 dəfə oxunub.

Digər xəbərlər