Tarix: 16-04-2022 | Saat: 12:26
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Gələn ildən Azərbaycanda “Avro-5” standartlarına cavab verən benzin istehsal ediləcək”.
Qarabaginfo.az Xəzərxəbər-ə istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Neft Emalı zavodunun “Modernizasiya və yenidənqurma” layihəsinin rəhbəri Emil Alxaslı deyib.
O xatırladıb ki, hazırda zavodda “Aİ 92” markalı benzinin istehsalı dayanıb: “Buna baxmayaraq, daxili bazarda bu növ yanacaqla bağlı qıtlıq olmayacaq. İlk öncə “Avro-5” dizel istehsalı alınması üçün lazım olan qurğuların istismara verilməsi nəzərdə tutulur. Plana əsasən, 2022-ci ilin ortalarında “Avro-5” dizel istehsal edə biləcəyik. Daha sonra mütəmadi olaraq benzinin keyfiyyəti artırılaraq 2023-cü ilin ortalarında “Avro-5” standartlarına uyğun benzin istehsalı təmin olunacaq. Dizel-kerosin yanacaq təminatı daxili istehsal, benzin ehtiyatının bir qismi isə idxal hesabına təmin olunacaq”.
Layihə rəhbəri zavod tam istismara verildikdən sonra daxili bazarın “Avro-5” standartlarına uyğun dizel və benzinlə tam təmin ediləcəyini qeyd edib.
Digər xəbərlər