Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda günəş enerjisinin istehsalı 11 % azalıb
Tarix: 20-05-2021 | Saat: 10:38
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Azərbaycanda günəş enerjisinin istehsalı 11 % azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 861,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Qarabaginfo.az "Report"a istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 0,7 % azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2 % artaraq 119,2 milyon manat təşkil edib.

Ötən 4 ay ərzində Azərbaycanda 383 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,% çoxdur. Bunun 123,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 1,4 % çoxdur.

Bunun 427,7 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 28,1 % çoxdur.

Bunun 652,4 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin 4 ayının göstəriciləri ilə müqayisədə 0,% çoxdur.

Hesabat dövründə Azərbaycanda 29,9 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin 4 ayının göstəriciləri ilə müqayisədə 11 % azdır.

Yanvar-aprel aylarında ölkədə 13,8 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 7,8 % çoxdur.



Xəbəri paylaş

1331 dəfə oxunub.

Digər xəbərlər