Saytımızı qiymətləndirin


 
 

Dövlət Xidməti: İşğala qədərki əmlaklar bələdçilər vasitəsi ilə müəyyənləşdirilir
Tarix: 14-04-2022 | Saat: 19:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Dövlət Xidməti: İşğala qədərki əmlaklar bələdçilər vasitəsi ilə müəyyənləşdirilir

İşğaldan azad edilmiş ərazilər üzrə işğal dövründə qədər mövcud olmuş daşınmaz əmlaklara dair məlumatlar Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilir.

Qarabaginfo.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, işğaldan azad edilmiş ərazilər üzrə işğal dövründə qədər mövcud olmuş daşınmaz əmlakların vektorlaşdırılması mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təqdim etdikləri məlumatlar əsasında qurumların nümayəndələrinin, həmin əraziləri yaxşı tanıyan bələdçilərin iştirakı ilə işğal dövrünə qədər aid olan topoqrafik xəritələr üzərindən Qarabağ Rəqəmsal Geoinformasiya Sistemində təsbit edilməkdə davam edir.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əsasən, keçən il Zəngilan rayonunda 85, Qubadlı rayonunda 94, Xocavənd rayonunda 13, Tərtər rayonunda 17, Xocalı rayonunda 9, Xankəndi şəhərində 2, Füzuli rayonunda 60, Ağdam rayonunda 85, Kəlbəcər rayonunda 140, Cəbrayıl rayonunda 91, Laçın rayonunda 126 ərazi vahidləri üzrə işğala qədər mövcud olmuş inzibati, sosial infrastruktur təyinatlı binaları və mülki əhaliyə məxsus fərdi yaşayış evləri barədə məlumatların topoqrafik xəritələr üzərində təsbit edilərək vektorlaşdırılması işləri aparıb. Vektorlaşdırılma nəticəsində 73,4 min torpaq parseli, 2,9 min yol və 160,7 min əsas və köməkçi tikili rəqəmsallaşdırılaraq “Qarabağ rəqəmsal geoinformasiya sistemi”nə daxil edilib. Eyni zamanda Füzuli rayonu üzrə 21,9 min, Zəngilan rayonu üzrə 9,4 min, Laçın rayonu üzrə 15,2 min, Qubadlı rayonu üzrə 10 min, Xocalı rayonu üzrə 7,9 min, Xocavənd rayonu üzrə 12,5 min, Cəbrayıl rayonu üzrə 14,6 min, Ağdam rayonu üzrə 31,3 min, Kəlbəcər rayonu üzrə 16,7 min, Şuşa rayonu üzrə 5,5 min, Tərtər rayonu üzrə 9,4 min, Xankəndi şəhəri üzrə 6,3 min əsas və köməkçi tikililərə dair vektorlaşdırılmış məlumatlar dürüstləşdirilir.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər