Saytımızı qiymətləndirin


 
 

"Qarabağ" qalib olsa, iki bayramı birdən qeyd edəcəyik - DEPUTATLAR
Tarix: 14-03-2024 | Saat: 13:36
Bölmə:Karusel / İdman | çapa göndər

"Qarabağ" qalib olsa, iki bayramı birdən qeyd edəcəyik - DEPUTATLAR

Bu gün UEFA Avropa Liqasında 1/8 finala yekun vurulacaq. Azərbaycan təmsilçisi "Qarabağ" da bu gün 1/8 finalın cavab matçına çıxacaq. Komandamız Almaniyada yerli "Bayer"in qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 00:00 başlayacaq. Matçı ingiltərəli məşhur hakim Entoni Teylor idarə edəcək.

 

Komandalar arasında Bakıda keçirilən görüşdə 2:2 hesabı qeydə alınıb. 

 Qarabaqinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, “Qarbağ”ın bugünkü qarşılamada qələbə qazanma şansı azdır:

 

“Əgər Bakıdakı oyunda qələbə əldə olunsaydı, orada heç-heçə uğrunda mübarizə aparmaq daha məqbul variant olardı. Həm də rəqiblərarası imkan və güc eyni deyil. Amma əzmkarlıq faktoru var. Həmin an insan iradəsinin nə edəcəyini bilmək, qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. “Qarabağ” komandası elə bir qəhrəmanlıq, yaxud böyük fədakarlıq edə bilər ki, hamımızı heyrətləndirər. Məsələn birinci oyunda belə oldu.  Bu zaman azacıq təcrübə olsaydı, 2:0-la da oyunu yekunlaşdırmaq olardı. İradə bizim xeyrimizədir. İradəni necə nümayiş etdirmək müəyyən rol oynayacaq”.

F.Mustafa "Bayer"in "Qarabağ"dan daha gərgin olacağını söyləyib:

 

"Avropanın ən güclü komandalarından biri ilə üz-üzəyik. Amma heç kimi, heç nəyi şişirtmək doğru olmaz. Bir də görürsünüz ki, Ukraynanın bir klubu Barselonanı öz meydançasında udur. Təbii ki, bunlar gözləniləndir. Sadəcə olaraq mübarizə aparmaq lazımdır. Bu oyunda “Qarabağ”ın həyacanı “Bayer”inkindən azdır. Çünki uduzsa belə, onun böyük bir uğur qazandığını hamı qəbul edir.  Amma “Bayer” uduzma haqqını özündə görmür. Ona görə də “Qarabağ” daha təzyiq olmadan daha rahat oynayacaq. Hesabın necə olmasından asılı olmayaraq, “Qarabağ” bütövlükdə prosesin qalibi sayıla bilər. Çata biləcəyimiz həddi keçdiyimizi qəbul etmək lazımdır".

Milli Məclisin digər bir deputatı Ceyhun Məmmədov bugünkü oyunun kifayət qədər mürəkkəb və ağır keçmə ehtimalının yüksək olduğunu vurğulayıb:

 

"Azərbaycanın fəxri olan “Qarabağ” komandası bu gün, həqiqətən də, tarix yazır. Bu gün hər bir azərbaycanlının ürəyi “Qarabağ”la  döyünür. Həqiqətən də, çox gərgin mübarizə gedir. Amma Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ” komandası geri çəkilmir. Ağdam klubu tək Azərbaycan xalqının yox, bütün türk dünyasının fəxrinə çevrilib. “Qarabağ”ın uğurları davam edir. Bugünkü oyunun kifayət qədər ağır və mürəkkəb keçəcəyi ehtimalı böyükdür. Düşünürəm ki, oyunu bir xal fərqi ilə rəqib komanda qazana bilər". 

C.Məmmədov  "Qarabağ"ın həmişə olduğu kimi, bu gün də Azərbaycan xalqını qürurlandıracağına inandığını bildirib:

 

"Bayer” komandası kifayət qədər güclü komandadır. Əlbəttə, ürək istəyir ki, “Qarabağ” qazansın. Amma bu, çox çətin və mürəkkəb görsənir. Bu günə qədər “Qarabağ” bütün qarşılaşmalarda ləyaqətlə oynayıb və Azərbaycan xalqını sevindirib. Ümid edirik ki, bu dəfə də “Qarabağ” bizi qürurlandıracaq. Əlbəttə, biz istəyirik ki, “Qarabağ” qalib gəlsin. Amma nəzərə almalıyıq ki,rəqib kifayət qədər güclüdür".

Milli Məclisin deputatı Razi Nurullayev isə deyir ki, son dəqiqəyə qədər qələbə ümidi ilə yaşayacağıq:

 

"Qarabağ" Komandasına qələbə arzulayıram. Əgər qələbə qazansalar, biz ölkədə iki bayram qeyd edəcəyik. Biri Novruz, biri də futbol bayramı. Əminəm ki, futbolçularımız qələbə üçün həqiqi mənada döyüşəcəklər.

 

Qələbəyə köklənmişik. Son dəqiqəyə qədər qələbə ümidi ilə yaşayacağıq".



Xəbəri paylaş

1163 dəfə oxunub.

Digər xəbərlər
29-11-2021, 09:21 Masazırda ev yanır