Saytımızı qiymətləndirin


 
 

Dövlətin verdiyi mənzillərdə yaşamayan 500 məcburi köçkün ailə aşkarlanıb
Tarix: 14-04-2022 | Saat: 11:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Rövşən Rzayev yanan binanın sakinləri ilə görüşür

“Mənzillərində yaşamayan məcburi köçkünlərlə bağlı monitorinqlər davam edir”.

Qarabaginfo.az xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabının təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayır: “Məcburi köçkünlər hər biri mənim üçün əziz adamdır. Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamırlar. Bunu necə müəyyən edirik. Görürük ki, sayğaclarda heç nə işləmir. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 500 belə iş var. Bu çox aşkar və şəffaf prosesdir. Dövlət komitəsində xüsusi bir komissiya yaradılıb və komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq bu proseslər həyata keçirilir. Bu hallar həm Bakıda, həm də rayonlarda olan qəsəbələrdə var”.



Xəbəri paylaş

237 dəfə oxunub.

Digər xəbərlər
2-09-2023, 13:22 XİN-dən Paşinyana CAVAB