Saytımızı qiymətləndirin


 
 

50 erməni əsgəri mühasirəyə düşdü - Qaragöldə insident
Tarix: 10-11-2021 | Saat: 16:17
Bölmə:Karusel / Qarabağ | çapa göndər

50 erməni əsgəri mühasirəyə düşdü - Qaragöldə insident

Ermənistan müdafiə nazirinin səfəri 50-yə yaxın erməni hərbçinin Qaragöldə mühasirəyə alınması ilə yadda qalıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadla "Caliber" yazıb.

Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan səriştəsiz sələflərindən, bir növ, fərqlənmək qərarına gələrək, Silahlı Qüvvələrin şəxsi heyətinə Qaragöl gölünə cəmləşməyi və Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında daha sərfəli mövqelər tutmağı tapşırıb. O, atıcı silahlar və müntəzəm döyüş sursatları ilə təchiz edilmiş 50 nəfər erməni hərbçisinin iki “KamAZ” markalı yük maşını ilə dövlət sərhədi istiqamətində yerləşdirilməsi haqqında sərəncamı şəxsən imzalayıb.

Onlar nazirin əmri ilə qısa müddətdə Azərbaycan ordusunun bölmələrinin postlarını birləşdirən kənd yolunu nəzarətə götürməli idilər. Yolu metal tor konstruksiyalarla (qabionlarla) bağlayan erməni hərbçilər Azərbaycan hərbçilərinin mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin azərbaycanlı hərbçilərin qəti cavabı ilə üzləşən erməni hərbçiləri geri çəkilməyə məcbur olublar.

Yarım saat keçməmiş Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsi hadisə yerinə gəlib. Bundan sonra erməni hərbçilər mühasirəyə alınıb.

Qabionları ataraq zinvorlar dayanmaq məcburiyyətində qalıblar, çünki sonrakı hərəkətlər üçün alqoritmləri olmayıb. Bundan əlavə, arxa ilə əlaqəsi itiblər, 10 dərəcə şaxtada isti yemək, su və isinmək üçün müvafiq vasitələrlə (odunla) təmin olunmamış, ümidsiz vəziyyətə düşüblər.

Azərbaycan hərbçiləri ermənidən fərqli olaraq yemək, çadır və istiliklə təmin olunublar. Nəticədə, hər şey zinvorların əsgərlərimizə onları yedizdirmək və su vermək üçün acınacaqlı xahişləri ilə (həqiqətən, həyasızlıq dərəcəsi sadəcə heyrətamizdir) başa çatıb.

Rusiya sərhədçiləri vəziyyəti nizama salıblar: yalnız onların Azərbaycan komandanlığına müraciəti erməni əsgərlərinə, həmişəki kimi, dabanlarına tüpürmələri ilə nəticələnib.

Erməni hərbi komandanlığı bu cür düşüncəsiz hərəkətlərlə müsbət nəticə əldə edə bilməyəcək, sadəcə olaraq öz əsgərlərinin həyatını mənasız şəkildə riskə atacaq. Təbii ki, onların kütləvi şəkildə ləğvi erməni təbliğatının ustaları üçün problemə çevrilməzdi - onlar erməni əsgərlərini “əzabkeş və qəhrəman” kimi formalaşdırmağa başlayardılar. Həqiqət isə sadədir: savadsız Ermənistan hərbi rəhbərliyi növbəti dəfə öz hərbçilərini top yeminə çevirir. Bu dəfə zinvorlar  azca qorxu, təpik və kütləvi pnevmoniya ilə canlarını qurtarıb. Növbəti dəfə nə olacaq?(YeniSabah)



Xəbəri paylaş

1397 dəfə oxunub.

Digər xəbərlər