Saytımızı qiymətləndirin


 
 

Metronun bütün stansiyalarında QR kodla ödəniş etmək olur?
Tarix: 04-12-2023 | Saat: 14:28
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Metronun bütün stansiyalarında QR kodla ödəniş etmək olur?

 

Sentyabr ayından metronun iki stansiyasında pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılıb. Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.

 

Son günlər “Bakı Metopoliteni”nin bir çox stansiyalarında QR kodla ödəniş sisteminin qurqaşdırıldığını müşahidə edilir.

 

Maraqlıdır, yeni sistemlə ödəniş bütün stansiyalarda başlayıbmı?

 

Məsələ ilə bağlı Qarabaginfo.az “Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov hələlik iki stansiyada yeni ödəniş sisteminin tam olaraq istifadəyə verildiyini bildirib:

 

"Bəli, Bakı Metropoliteninin əksər stansiyalarında QR kodla ödəniş sisteminin avadanlıqlarının quraşdırıldığını müşahidə etmək mümkündür. Lakin onlar rəsmi elan olunana qədər istifadə olunmayacaq. Hələlik yeni ödəniş sistem "Xocasən", "8 Noyabr" stansiyalarında tam olaraq istifadəyə verilib. Həmin avadanlıqlar müvafiq olaraq, sınaqdan çıxıb. Çünki Bakı Metropoliteninin turniketləri müxtəlif quruluşa, sistemlərə malikdirlər. Həmin QR bilet ödəniş avadanlıqları bu sistemə uyğunlaşdırılmalıdır".

 

B.Məmmədov prosesin, demək olar ki, yekunlaşdığını söyləyib:

 

"Bu proses, demək olar ki, tam yekunlaşıb. Hazırda quraşdırma, işçi qaydada sınaq işləri aparılır. Bu sınaq işləri yekunlaşdıqdan sonra mərhələ ilə elan olunacaqlar. İlin sonuna qədər əksər stansiyalarda bu sistemlər funksional olaraq fəaliyyətə başlayacaq. Bakı Metropoliteni elan etdikcə  sərnişinlərimiz rahatlıqla bu sistemdən müvafiq stanisyalarda istifadə edə biləcəklər. Biz sərnişinlərin ödəniş edib keçməsini sırf texniki səbəblərdən elan etmirik. Çünki sərnişinlərin rahatlıqla, hər hansı mane olmadan ödəniş edib keçməsi məsələsinə hazırda xüsusi olaraq baxılır".



Xəbəri paylaş

153 dəfə oxunub.

Digər xəbərlər