İsmayıllıda yanğın olub.

Qarabaginfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonunun Kəlbənd kəndində ümumi sahəsi 132 m² olan tövlənin yanar konstruksiyaları 100 m² sahədə, bitişik yığılan 4 ton ot bağlamasının 1,5 tonu və yaxınlıqda dayanan "ГАЗ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.