Azərbaycanın qadınlardan ibarət yığması qrup liderinə uduzub
Tarix: 12-04-2022 | Saat: 22:09
Bölmə:Karusel / Gündəm | çapa göndər
1343 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-04-2022 | Saat: 22:09
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Qarabaginfo.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları 2-ci dəqiqədə Stine Larsen və 76-cı dəqiqədə Karen Holmqor vurublar.
Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
Xəbəri paylaş
Digər xəbərlər
9-09-2024, 14:10
Peskov: Kreml Ukrayna ilə bağlı “sülh planı” haqqında mediadan eşidib, təfərrüatları bilmir
27-08-2024, 10:16
Bələdiyyə sədrinə 2 ildə 3 dəfə hökm oxundu - Cəzaları toplandı
14-11-2022, 17:48
Sabah yağış yağacaq
1-10-2018, 12:59
Leyla Əliyeva və Arzu Əliyeva beynəlxalq heykəltəraşlıq simpoziumunda yaradılan əsərlərin təqdimatında iştirak ediblər
22-06-2021, 13:54
Deputat bəzi qazilərə illik 500 manat verilməsini təklif edib

















