Saytımızı qiymətləndirin


 
 

“Sərkisyanın etirafları: erməni cəmiyyəti artıq anlayır ki...” - Deputat
Tarix: 03-07-2021 | Saat: 08:32
Bölmə:Karusel / Region | çapa göndər

“Sərkisyanın etirafları: erməni cəmiyyəti artıq anlayır ki...” - Deputat

Ermənistan cəmiyyətində kiçikdən-böyüyə ərazilərin kimə məxsus olması haqqında aydın təsəvvürlər var. Erməni cəmiyyət həmişə dəqiq bilib ki, dövlətləri başqa bir ölkənin torpaqlarına əsassız iddialar irəli sürür və işğalçılıq edir. Sadəcə erməni cəmiyyəti xəstə ideyalarla qidalandırılıb. Ona görə də uzun müddət bu cəmiyyət Qarabağ məsələsi üzərindən onlara verilmiş vədlərə inanıb. Ermənistanın sosial-iqtisadi, demoqrafik vəziyyəti, xarici iqtisadi-ticari əlaqələri zəif olub. Amma buna baxmayaraq ermənilər bütün bu çatışmazlıqlara Qarabağ məsələsinə görə dözüb. Yəni erməni cəmiyətinin özü də xəstə təfəkkürlü cəmiyyət olub.

Qarabaginfo.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, millət vəkili Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, artıq erməni cəmiyyəti də dərk edir ki, onların xəstə ideyaları özlərinə baha başa gəlir:

“Bu yalnış yanaşma özlərinin və dövlətlərinin axırına çıxacaq. Bunu Ermənistanda ayrı-ayrı siyasi dairələr də dərk edir. Gördülər ki, artıq vəziyyət dəyişib. Azərbaycanın tarixi qələbəsi təkcə Cənubi Qafqazda deyil, ermənilərin təfəkküründə də yeni reallıqlar formalaşdırıb”.

Deputata görə, Azərbaycan nümayiş etdirdi ki, onun torpaqlarına iddia edənlər ən ağır formada cəzalarını alacaqlar:

“Azərbaycan bunu nümayiş etdirdi. Artıq cəmiyyət də Azərbaycan torpaqlarına iddiaların nə dərəcədə təhlükəli olduğunu görür. Ermənilər də artıq bunu dərk edir. Belə olan halda özünü Qarabağ klanı kimi təqdim edənlərə də erməni cəmiyyəti dəstək vermir. Sərkisyan da gördü ki, Qarabağ məsələsi üzərində siyasi karyera qurmaq, torpaq iddiaları ermənilərin sonunu gətirib çıxaracaq”.

Millət vəkili hesab edir ki, Sərkisyanın etiraflarının arxasında dayanan başlıca amil erməni cəmiyyətində formalaşmış qorxu ilə bağlıdır:

“Azərbaycanın gücü erməniləri sağlam məntiqə sığınmağa məcbur edib. Ona görə də Ermənistandakı siyasi qüvvələr ara-sıra etiraflar etməklə yanlış yolda olduqlarını vurğulayırlar”.(Teleqraf)



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər