Tarix: 17-03-2020 | Saat: 17:37
Bölmə:Karusel / Sosial | çapa göndər
“İmmuniteti zəif olanlar, yanaşı digər ağır xəstəliklərindən əziyyət çəkənlər, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar koronavirusla bağlı risk qrupuna daxildir”.
Bunu e-tibb.az üçün yazdığı məqalədə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Nazxanım Qasımova qeyd edib.
Onun sözlərinə görə, “COVID-19” yayılan bölgələrdə səyahətdə olanlar və ya “COVID-19” xəstəsi ilə kontaktda olmuş şəxslər də risk qrupuna daxildirlər.
Həkim vurğulayıb ki, “COVID-19”-un əsas əlamətləri qızdırma, öskürək və nəfəs darlığıdır. Mütəxəssis, xəstəlikdən qorunmağın yolları ilə bağlı aşağıdakı tövsiyələri verib:
- Tez-tez əl, ağız-burun çevrəsi antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektanları, nəm antibakterial salfetlərin olması vacibdir
- Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin
- Xəstə insanlarla kontaktdan çəkinin
- Xəstəliyin yayıldığı bölgələrə səyahət etməyin
- Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keçirilən tədbirlərdən uzaq durun
- Əlləriniz təmiz deyilsə, göz, ağız və burun nahiyəsinə toxunmayın
- Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın
- Şübhəli simptomlar varsa, 7 gün evdə qalın
Bundan başqa, həkim vurğulayıb ki, ailədə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə (şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman maksimum az kontaktda olmaq vacibdir: “Əgər “COVİD-19” simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir”. APA
Digər xəbərlər