Tarix: 12-04-2022 | Saat: 05:08
Bölmə:Karusel / Region | çapa göndər
Ukrayna kifayət qədər ağır silah alacağı təqdirdə Mariupol şəhərini blokadadan çıxara bilər.
Qarabaginfo.az-ın məlumatına görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ənənəvi videomüraciətində deyib.
"Biz hələ də tərəfdaşlarımızdan silah tədarükündən asılıyıq. Təəssüf ki, öz torpağımızda düşməni tamamilə məhv etmək üçün bu müharibəni tez bir zamanda bitirmək üçün lazım olan qədər vəsait almamışıq", - dövlət başçısı deyib.
"Və hər bir vətəndaşımızın qarşısında duran vəzifələri yerinə yetirmək üçün, xüsusən Mariupolun blokadadan çıxarmaq üçün. Təyyarələrimiz, kifayət qədər zirehli texnikamız, artilleriyamız olsaydı, bunu edə bilərdik", - Prezident vurğulayıb.
Onun sözlərinə görə, silahların tədarükündə gecikmələr vaxt itkisi deməkdir: "Ukraynalılar həyatlarını itirir. Geri qaytarılması mümkün olmayan həyatlar. Bunun üçünsə məsuliyyət artıq Ukrayna üçün lazım olan silahları hələ də anbarlarda saxlayanların üzərinə düşür. Əbədi məsuliyyət tarixdə qalır və qalacaq”.(Report)
Digər xəbərlər