Saytımızı qiymətləndirin


 
 

Ukraynadan təxliyə olunan azərbaycanlıların qayıdış şəhadətnaməsi rüsumsuz olacaq
Tarix: 05-03-2022 | Saat: 16:16
Bölmə:Karusel / Region | çapa göndər

Ukraynadan təxliyə edilən 176 Azərbaycan vətəndaşı Bakıya gətirildi

Azərbaycan Respublikası Hökumətinin qərarına uyğun olaraq, Ukraynadakı vəziyyətlə əlaqədar üçüncü ölkələr vasitəsilə təxliyə edilən Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə maneəsiz səfər edə bilmələri üçün həmin şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri 03 mart 2022-ci il tarixdən etibarən rüsumsuz rəsmiləşdiriləcək.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edək ki, martın 5-i səhər saatlarına olan məlumata görə 9500 Azərbaycan vətəndaşı Ukraynadan qonşu ölkələrə təxliyə edilib. Prezident İlham Əliyev məsələ ilə bağlı tapşırıq verib. Dövlət başçısının tapşırığına əsasən indiyədək çarter reysi ilə 1111 nəfər vətəndaşımız Azərbaycana gətirilib. Təxliyə zamanı yaşlı insanlara, qadınlara, tələbələrə üstünlük verilir.



Xəbəri paylaş

1226 dəfə oxunub.

Digər xəbərlər