Tarix: 21-02-2023 | Saat: 16:52
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş vermiş zəlzələ barədə danışıb.
Qarabaqinfo.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, təbii fəlakətin nəticələrini qiymətləndirib və özünün də zəlzələni hiss etdiyini söyləyib.
"Hatay mərkəzli zəlzələyə biz də Kahramanmaraşda düşdük. Həyatını itirənlər 41 mini keçsə də, 115 min insanımız yaralı şəkildə xilas edildi. Zəlzələnin baş verdiyi andan etibarən bütün imkanlarımızı şəhərlərimiz üçün səfərbər etdik. Dövlət ilk gündən polisi, əsgəri, jandarmı ilə 11 vilayətdə yerini aldı", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Dünən isə Hatay vilayətində 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.modern.az
Digər xəbərlər