Saytımızı qiymətləndirin


 
 

Arvadını döyən 82 yaşlı kişi ev dustağı oldu - QƏRAR
Tarix: 11-04-2022 | Saat: 15:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Beyləqanda 81 yaşlı arvadını çəliklə döyərək xəstəxanalıq edən Nuru Həsənov barəsində qərar verilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaqinfo.az-a bildirilib ki, qeyd edilən faktla bağlı Nuru Həsənov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, hadisə aprelin 7-i saat 12 radələrində Beyləqan rayon sakini, 1941-ci il təvəllüdlü Dilarə Həsənovanın yaşadığı evdə qeydə alınıb. Belə ki, D.Həsənovanın evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1940-ci il təvəllüdlü Nuru Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə Dilarə Həsənovanın başına və bədənin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşib.


Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

 

Xəstəxanaya yerləşdirilən qadın komadan ayılsa da, vəziyyəti ağır qiymətləndirilir.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər