Saytımızı qiymətləndirin


 
 

Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfər etməmək tövsiyə edilib -  OPERATİV QƏRARGAH
Tarix: 12-03-2020 | Saat: 18:15
Bölmə:Karusel / Sosial | çapa göndər

Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfər etməmək tövsiyə edilib - OPERATİV QƏRARGAH

"Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur".

"Qarabaginfo"un xəbərinə görə, bu, Nazirlər Kabinetinin yanında Operativ Qərargahın məlumatında yer alıb.

“Bütün vətəndaşlardan COVİD-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan karantin rejiminə riayət etmələri tələb olunur. Çin Xalq Respublikası, Cənubi Koreya, İran İslam Respublikası, Yaponiya, Avropa İttifaqı ölkələri, xüsusilə İtaliya, İspaniya, Fransa, Almaniya və digər ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizin aidiyyəti səfirlik və konsulluqlarında konsulluq qeydiyyatına düşmələri və olduqları ölkələrin COVİD-19 virusu ilə əlaqədar müəyyən etdikləri karantin qaydalarına riayət etmələri xahiş olunur”, - deyə məlumatda qeyd olunub. 



Xəbəri paylaş

470 dəfə oxunub.

Digər xəbərlər