Saytımızı qiymətləndirin


 
 

AKP sözçüsü Yunanıstan HHQ-nin C-130 təyyarəsi ilə bağlı paylaşımını pisləyib
Tarix: 14-11-2025 | Saat: 14:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

AK Partiyanın sözçüsü Ömər Çelik

 

Yunanıstan Hərbi Hava Qüvvələrinin “X” hesabında C-130 təyyarəsi barədə paylaşım edənlər məsuliyyətə cəlb olunmalıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik bildirib.

O deyib ki, C-130 yük təyyarəsi ilə bağlı paylaşım şəhidlərin ruhuna hörmətsizlikdir.

Ömər Çelik Yunanıstan Hərbi Hava Qüvvələrinin C-130 yük təyyarəsinin fotosunu paylaşmasını pislədiklərini bildirib.

AKP sözçüsü Yunanıstan tərəfinin sonradan paylaşımı silməsini düzgün addım kimi dəyərləndirib və əlavə edib ki, təbii fəlakətlər, o cümlədən zəlzələlər zamanı ölkələr bir-birinin köməyinə gəlir və ağrıları bölüşürlər.

O, Türkiyə tərəfindən bu paylaşımın səbəblərinin araşdırılmasını və məsul şəxslər barədə tədbir görülməsini tələb etdiklərini qeyd edib: “Həmin iyrənc mesajı yayanlara qarşı lazımi tədbirlərin görülməsini və lazımi cəzaların verilməsini gözləyirik”.

Xatırladaq ki, Yunanıstan Hərbi Hava Qüvvələrinin sosial media hesablarında C-130 yük təyyarələrinin fotosu “günün fotosu” adı altında paylaşılıb. Türkiyənin etirazından sonra paylaşım silinib. Daha sonra Yunanıstan Hərbi Hava Qüvvələri “X” hesabında general Dimosthenis Grigoriadisin imzası ilə başsağlığı mesajı yayımlayıb. Mesajda Türkiyə Hərbi Hava Qüvvələrinə və şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verilib.

Xatırladaq ki, noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan Türkiyəyə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində hərbi sursat olmayıb. Nazirlik təyyarədəki heyətin Zəfər Günü ilə əlaqədar Azərbaycana getmiş F-16-ların texniki xidmət heyəti olduğunu açıqlayıb. Türkiyə Milli Müdafiə Nazirliyi qəzaya uğrayan C-130 hərbi yük təyyarəsinin sonuncu dəfə saat 13:50-də Tbilisi ilə əlaqə saxladığını bildirib: “11 noyabrda Hərbi Hava Qüvvələrinin 12-ci Hava Nəqliyyatı Baş Bazasına məxsus 68-1609 nömrəli C-130E tipli təyyarə canlı qüvvə və materialların daşınması məqsədilə saat 09:02-də Kayseridən Gəncəyə uçub. Zəfər günü tədbriləri çərçivəsində Azərbaycanda uçuş həyata keçirən F-16-lara texniki xidmət materialları çatdırmaq üçün 13:15-də yenidən havaya qalxıb. 13:50-də Tbilisi ilə son dəfə rabitə əlaqəsi qurulub, bundan sonra təmas kəsilib”.

Nazirlik təyyarənin qəzaya uğrama səbəbinin hələlik bilinmədiyini qeyd edib: “Təyyarə hələlik məlum olmayan səbəbdən Tbilisinin cənubunda, Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayıb”.

MN həmin dəqiqələrdə bölgədə başqa bir helikopterin olması iddiasına da aydınlıq gətirib. Bildirilib ki, həmin helikopterlər Gürcüstana məxsus olub.

“Köhnə təyyarə yoxdur, baxımsız təyyarələr var. Sözügedən təyyarənin texniki xidməti ölkəmiz tərəfindən mütəmadi olaraq həyata keçirilir. C-130 təyyarələri hazırda 70-dən çox ölkədə aktiv şəkildə istifadə olunur", - Türkiyə Müdafiə Nazirliyindən C-130 təyyarəsinun istismar müddətinin başa çatmasına dair səsləndirilən iddialara aydınlıq gətirilərkən qeyd olunub.



Xəbəri paylaş

27 dəfə oxunub.

Digər xəbərlər