Saytımızı qiymətləndirin


 
 

Tonoyanın cinayət işi məhkəməyə göndərildi
Tarix: 10-01-2022 | Saat: 19:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

Tonoyanın cinayət işi məhkəməyə göndərildi

Ermənistan Baş Prokurorluğu keçmiş müdafiə naziri David Tonoyanın, respublika Silahlı Qüvvələrinin Baş Qərargahının hazırkı rəhbəri Artak Davtyanın, Baş Qərargah rəisinin keçmiş müavini Artak Davtyanın cinayət işini təsdiqləyib və məhkəmə baxışına göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidmətinin məlumatında deyilir.

“Keçmiş müdafiə naziri David Tonoyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, Baş Qərargah rəisinin keçmiş müavini Stepan Qalstyan, silah təchizatı şirkətinin direktoru David Qalstyan və daha üç nəfərin işi üzrə ittiham aktı təsdiq edilib. Cinayət işi məhkəməyə göndərilib”, - məlumatda qeyd olunur. 

Qeyd edək ki, 2021-ci il sentyabrın 30-dan həbsdə olan David Tonoyan silahlı qüvvələrin ehtiyacları üçün sursat alarkən təxminən 4,5 milyon dolları mənimsəməkdə, Silahlı Qüvvələrin Baş Qərargahının hazırkı rəhbəri Artak Davtyan ağır maddi nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Tonoyan 2018-ci ildə Müdafiə Nazirliyinin rəhbəri olub və 2020-ci ilin noyabrında vəzifəsindən uzaqlaşdırılıb.



Xəbəri paylaş

1283 dəfə oxunub.

Digər xəbərlər